"Napoli"nin aparıcı futbolçusu Xviça Kvaratsxeliya zədə səbəbindən "İnter"lə oyunu buraxa bilər.
Sportal.az "Pazzi di Fanta"ya istinadən xəbər verir ki, Neapol klubunun yarımmüdafiəçisi cümə axşamı məşqdə zədələnib.
Cümə günü isə gürcü futbolçu yalnız fərdi məşqlər kifayətlənib.
Kvaratsxeliyanın "İnter"lə oyunda iştirakı sual altındadır. Xatırladaq ki, "Napoli" artıq A seriyasının çempionluğunu rəsmiləşdirib. "Nerazzura" isə 66 xalla turnir cədvəlində üçüncü pillədədir.
saytlarin hazirlanmasi