İtaliya millisinin sabiq üzvü Domeniko Krişito aktiv futbolçu karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, millinin veteran futbolçusu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Bilirdim ki, hər bir peşəkar futbolçunun gec-tez qarşılaşacağı an mənim üçün də gələcək. Bu uzun və həyəcanlı yolda yanımda olan bütün insanlara təşəkkür edirəm. Ailəmə, həyat yoldaşıma, övladlarıma təşəkkür edirəm. Bütün komanda yoldaşlarına, klub prezidentlərinə, məşqçilərə və xüsusən də “Cenoa” rəhbərliyinə bu formanı sonuncu dəfə geyinmək imkanı verdiyinə görə minnətdaram. Karyeramı başa vururam, amma futbol dünyasını tərk etməyəcəyəm. Çünki futbol mənim üçün həyat deməkdir”.
Krişito “Cenoa”, “Yuventus”, “Zenit”, “Toronto” klublarında oynayıb.
saytlarin hazirlanmasi