Azərbaycanın U-19 yığmasının sabiq baş məşqçisi Miloş Velebit işsiz qalıb.
Sportal.az xəbər verir ki, serbiyalı məşqçi Taylanddan ayrılıb.
Bir müddət əvvəl bu ölkənin U-18 və U-20 yığmasına baş məşqçi təyin edilmiş Velebit şəxsi məsələlərə görə, orada qalmaq istəməyib.
Xatırladaq ki, AFFA U-19 yığmamıza başçılıq etmiş serbiyalı ilə müqavilə müddətini artırmamışdı.
saytlarin hazirlanmasi