Sabah İtaliyada "Yuventus"la bağlı növbəti məhkəmə prosesi keçiriləcək.
Sportal.az xəbər verir ki, prokuror Turin təmsilçisinin 9-12 xalının silinməsini tələb edə bilər. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb. Klub həmçinin cərimə də ödəyə bilər.
Qeyd edək ki, "Yuventus" hazırda İtaliya A Seriyasında 69 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi