İtaliya A seriyasını tərk edəcək növbəti komandanın adı bəlli oldu

11:19 - 22 May 2023

İtaliya A Seriyasını tərk edəcək daha bir komandanın adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, 36-cı turda "Spetsiya"nın "Leççe" ilə bərabərə (0:0) qalmasından sonra "Kremoneze"nin B seriyasına düşməsi dəqiqləşib. Bu komandanın 19-cu pillədəki yeri dəyişməyəcək. 

Adıçəkilən komanda 24 xalla 19-cu pillədədir. 

"Kremoneze"dən əvvəl "Sampdoriya"nın İtaliya A Seriyasını tərk edəcəyi dəqiqləşmişdi. 

Xəbər xətti