"Mançester Siti"nin müdafiəçisi Con Stounz Premyer Liqanın 2022/2023 mövsümündə "şəhərlilər"in çempionluğu qazanmasını şərh edib.
Sportal.az xəbər verir ki, "Sky Sports"a danışan ingilis müdafiəçi qazanılan ardıcıl uğurları özü üçün gözlənilməz olduğunu söyləyib:
"Ən çılğın arzularımda belə, beş dəfə Premyer Liqanın qalibi olacağımı təsəvvür edə bilməzdim. Bunları sözlə ifadə etmək çətindir. Komanda ilə qazandığım titulların hər biri xüsusi və unikal bir şey idi. Ardının gələcəyini də inanıram".
saytlarin hazirlanmasi