İtaliyanın "Yuventus" klubunun xalları yenidən silinib.
Sportal.az xəbər verir ki, Federal Apellyasiya Məhkəməsi maliyyə fırıldağına görə Turin təmsilçisinin A seriyasında 10 xalının silinməsinə qərar verib. Xalı 69-dan 59-a düşən "qoca sinyora" çempionatda turnir cədvəlinin 2-ci pilləsindən 7-ci yerə enib.
Qeyd edək ki, İtaliya Futbol Federasiyası yanvar ayında maliyyə fırıldaqlarına görə "Yuventus"un A seriyasında 15 xalını silmişdi. Aprel ayında isə İtaliya İdman İdarəsi müvəqqəti olaraq cəzanı ləğv etmişdi.
saytlarin hazirlanmasi