Baş məşqçi axtarışında olan "Tottenhem" "Feyenoord"un çalışdırıcısı Arne Slotla danışıq aparır.
Sportal.az "De Telegraaf"a istinadən xəbər verir ki, məşqçinin agenti London klubunun rəhbərləri ilə danışıqlar zamanı mütəxəssisin “Tottenhem”ə rəhbərlik etməyə hazır olduğunu bildirib. Bununla belə, Premyer Liqa klubu "Feyenoord"a baş məşqçisini sərbəst buraxması üçün müəyyən məbləğ ödəməlidir.
Sabah klublar arasında rəsmi danışıq aparılacaq. Slot 2021-ci ilin yayından "Feyenoord"a rəhbərlik edir. O, 2021/2022 mövsümündə komandanı UEFA Konfrans Liqasının finalına yüksəldib. Rotterdam təmsilçisi Slotla bu mövsüm ölkə çempionluğunu yaşayıb.
saytlarin hazirlanmasi