Argentina millisinin üzvü "Liverpul"a doğru

21:33 - 23 May 2023

"Liverpul" "Brayton" və Argentina millisinin 24 yaşlı yarımmüdafiəçisi Aleksis MakAllisteri heyətinə qatmağa hazırlaşır.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi artıq futbolçu ilə ilkin razılıq əldə edib. Yaxın günlərdə bütün detallarda razılıq olacağı gözlənilir.

Daha əvvəl argentinalı futbolçunun "Liverpul" tarixinin ən bahalı transferlərdən biri olacağı barədə məlumat yayılmışdı.

Aleksis bu mövsüm "Brayton"un heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, qışda Argentina millisinin heyətində Qətərdə keçirilən dünya çempionatında çempion olmuşdu. 24 yaşlı futbolçunun "Brayton"la hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti