"İnter" Hakan Çalhanoğlu ilə müqavilə müddətini uzatmaq istəyir.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, "nerazzura" türkiyəli futbolçu ilə yeni müqavilə ilə bağlı danışıqlara start verib.
Türkiyə millisinin üzvü ilə razılığa gəlinsə, o, 2027-ci ilə qədər Milan klubunun futbolçusu olacaq.
29 yaşlı futbolçu “Karlsrue”, “Hamburq”, “Bayer”(Leverkuzen) və “Milan”da oynayıb.