"Çelsi" "Sportinq"in(Lissabon) yarımmüdafiəçisi Manuel Uqarteni heyətinə qatmağa hazırlaşır.
Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, "zadəganlar" uruqvaylı yarımmüdafiəçinin transferi üçün artıq Lissabon klubuna təklif göndərib. Amma bu, onlar üçün asan başa gəlməyəcək.
Çünki PSJ də Portuqaliya nəhənginə 60 milyon avro verməyə hazırdır.22 yaşlı Uqarte bu mövsüm "Sportinq"in heyətində bütün yarışlarda 47 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Lissabon klubu uruqvaylını 2021-ci ildə “Famalikao”dan 10,5 milyon avroya alıb. Onun "Sportinq"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
saytlarin hazirlanmasi