"Mançester Siti" 37 yaşlı qapıçı ilə yeni müqavilə imzaladı

17:56 - 26 May 2023

İngiltərənin "Mançester Siti" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi qapıçı Skott Karsonla sözləşmənin müddətini uzadıb. Bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb. 37 yaşlı "əlcək sahibi" 2024-cü ilin yayına kimi komandanın şərəfini qoruyacaq.

Qeyd edək ki, "Mançester Siti" Skott Karsonu 2021-ci ilin yayında "Derbi Kaunti"dən transfer edib. İngilis qoliper cari mövsümdə Mançester təmsilçisinin heyətində rəsmi matçlarda meydana çıxmayıb.

Xəbər xətti