"Mançester Siti"nin hücumçusu Erlinq Holland İngiltərə Premyer Liqasında ilin futbolçusu seçilib.
Sportal.az xəbər verir ki, mükafat üçün digər namizədlər Kevin De Bruyne ("Mançester Siti"), Harri Keyn ("Tottenhem"), Martin Odeqard, Bukayo Saka (hər ikisi "Arsenal"), Markus Rashford ("Mançester Yunayted") və Kieran Trippye ("Nyukasl" ) olub.
Norveçli hücumçu bütün rəqiblərini qabaqlayıb. O, bu mövsüm Premyer Liqada 35 oyuna çıxıb, 36 qol vurub və 8 məhsuldar ötürmə edib.
Hollandın “Mançester Siti” ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi