"Napoli"də qazanmaq istədiyi məbləğ bəlli oldu

16:40 - 29 May 2023

"Barselona"nın və İspaniya millisinin keçmiş baş məşqçisi Luis Enrike "Napoli"dən istədiyi məbləğ bəlli olub.

Sportal.az “II Mattino”ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Neapol klubunda ən azı 8 milyon avro qazanmaq istəyir.

İtaliya A seriyasının çempionu Luçano Spaletti ilə yollarını ayıraraq baş məşqçi postuna 53 yaşlı ispanı gətirməyi planlaşdırır. 

"Napoli"nin prezidenti Aurelio De Laurentisin Enrikeyə istədiyi məbləği verməyə hazır olduğu iddia edilir. Luis Enrike 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatından sonra İspaniya millisinin baş məşqçisi postunu tərk edib. Həmin vaxtdan bu yana o, işsizdir. 
 

Xəbər xətti