"Torino" Nikola Vlaşiç üçün "Vest Hem"ə təklif göndərib. Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin təmsilçisi xorvatiyalının transfer hüququna sahib çıxmaq üçün İngiltərə klubuna 8 milyon avro ödəməyə hazırdır. İtaliyalılar Vlasiç üçün öncədən razılaşdırılmış 13 milyon avronu isə ödəmək fikrində deyil. Komandanın baş məşqçisi İvan Yuriç Vlaşiçlə işləməyə davam etməkdə qərarlıdır və bunun üçün rəhbərliklə söhbət edib.
25 yaşlı yarımmüdafiəçi bu mövsüm "Torino"nun heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə edib. Xorvatiya millisinin üzvü “Hayduk”, “Everton”, “ÇSKA(Moskva)da oynadıqdan sonra 2021-ci ildə “Vest Hem”ə keçib.
saytlarin hazirlanmasi