"Mançester Yunayted"in hücumçusu Antoni Marsial İngiltərə kubokunun finalında "Mançester Siti" ilə oyunu buraxacaq.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı forvard İngiltərə Premyer Liqasının 38-ci turunda "Fulhem"lə oyunda (2:1) zədələnib.
Fransalının final görüşünə qədər müalicə olunacağı bildirilir. Xatırladaq ki, İngiltərə kubokunun finalı iyunun 3-də keçiriləcək.
saytlarin hazirlanmasi