Millimizin sabiq baş məşqçisi: "Üç ildən sonra gördüm ki, heç bir irəliləyiş yoxdur"

17:52 - 31 May 2023

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına geniş müsahibə verib.

Sportal.az xəbər verir ki, "24sata.hr" saytına danışan 54 yaşlı mütəxəssis ölkəmizdə keçirdiyi 3 il haqda danışıb. Xorvatiyalı məşqçi Azərbaycanda çalışdığı müddətdə heç bir irəliləyiş görmədiyini bildirib:

"Azərbaycanda üç il məşqçi kimi işləmək maraqlı təcrübə idi. Sələflərimdən fərqli olaraq, matçlar olanda cəmi iki həftə gəlmirdim, ailəmlə birlikdə orada yaşayırdım. Norveçi məğlub etdik, Çexiyaya, Xorvatiyaya uduzmadıq, yaxşı oynadıq. Üç ildən sonra gördüm ki, heç bir irəliləyiş yoxdur.

Qeyd edək ki, Robert Prosineçki 2014-cü ilin dekabr ayından 2018-ci ilin yanvar ayına kimi yığmamızı çalışdırıb.

Xəbər xətti