"Napoli"nin sahibi Aurelio De Laurentis Neapol klubuna rəhbərlik edə biləcək Luis Enrike haqda fikirlərini bölüşüb.
Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, klub rəhbəri ispaniyalı mütəxəssisin İngiltərədə çalışmaq istədiyini bildirib:
"Luis Enrike "Barselona"da yaxşı işləmiş əla məşqçidir. Amma bütün danışıqlarımıza baxmayaraq, o, Premyer Liqada işləmək istəyir. Bizdə "Napoli"yə uyğun sxemdə komandanı oynada bilən on məşqçinin siyahısı var. Enrike ilə Premyer Liqada işləmək istədiyindən necə olacağını bilmirik".
Xatırladaq ki, cari mövsüm İtaliya A seriyasının çempionu olmuş klub Luçano Spaletti ilə yollarını ayırıb.
saytlarin hazirlanmasi