"Seltik"in avstraliyalı baş məşqçisi Angelos Postekoqlu "Tottenham"i çalışdıra bilər.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, Şotlandiya klubuna rəhbərlik edən təcrübəli mütəxəssisə London klubunun rəsmiləri təklif göndərib.
Amma avstraliyalı qarşı tərəfə yekun cavab verməyib. “Tottenhem”i çalışdıra biləcək digər namizədlər isə Digər variantlar arasında “Brayton”un baş məşqçisi Roberto De Zerbi və “Fulhem”in çalışdırıcısı Marko Silva var.
Xatırladaq ki, Postekoqlu 2021-ci ildə “Yokohama Marinos”dan "Seltik"ə keçib. O, “Avstraliyanın əsas millisində və “Panaxaiki”, “Brisbern Roar” klublarında da işləyib.
saytlarin hazirlanmasi