Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Su İdman Sarayının çimərlik meydançasında Türkiyə millisinə qarşı oyun 6:5 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib.
Emin Həsənzadə və Hüseyn Axundovun dubl etdiyi oyunda millimizin digər qolunu Elçin Qasımov vurub. Bu komandalar arasında növbəti oyun iyunun 3-də olacaq.
saytlarin hazirlanmasi