Sem Ellardays “Lids”i tərk edib.
Sportal.az “Daily Mail”ə istinadən xəbər verir ki, bu qərarı ingilis mütəxəssis cümə axşamı klub rəhbərliyi ilə danışıqlardan sonra verib.
Adıçəkilən mütəxəssis “Lids”də cəmi bir ay işləyə bilib. O, komandanın Premyer Liqanı tərk etməsinin qarşısını ala bilməyib. Yeni mövsümdən "Lids" Çempionşipdə mübarizə aparacaq.
saytlarin hazirlanmasi