"Napoli" Xviça Kvaratsxeliya ilə müqavilə müddətini uzadacaq.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, Neapol təmsilçisinin gürcü ilə yeni sözləşməsi 2028-ci ilin yayına qədər olacaq.
Kvaratsxeliya ona bir çox klublardan təklif olmasına baxmayaraq, İtaliya çempionunu tərk etmək niyyətində deyil. Futbolçunun maaşı da əvvəlkindən iki dəfə çox olacaq.
Xviça bu mövsüm "Napoli"nin heyətində 42 görüşdə 14 qol vurub, 17 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi