İtaliyanın "Milan" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi Rafael Leaonun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı vinger 2028-ci ilin yayına kimi "rossonerilər"ə məxsus olacaq.
Qeyd edək ki, "Milan" Rafael Leaonu 2019-cu ilin yayında "Lill"dən transfer edib. 23 yaşlı futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 47 rəsmi matçda 14 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi