"Mançester Yunayted"in yarımmüdafiəçisi, daha əvvəl "Real"da çıxış etmiş Kasemiro İngiltərə və İspaniya çempionatlarını müqayisə edib.
Sportal.az "The Telegraph"a istinadən xəbər verir ki, braziliyalı Premyer Liqanın daha üst səviyyədə olduğunu deyib:
"İngiltərədə hər şey fərqlidir, daha açıq oyun gedir, müdafiədən hücuma və əksinə daha tez-tez hərəkət etməlisən. İspaniyada tiki-taka daha tez-tez istifadə olunur. Ancaq ən vacib şey uyğunlaşa bilmək və mümkün qədər bunu tez etməkdir. Çünki Premyer Liqaya uyğunlaşmadınsa, çətin olur".
31 yaşlı futbolçu 2022-ci ilin yayında "Real”dan "Mançester Yunayted"ə keçib. Premyer Liqada 28 oyun keçirən braziliyalı yarımmüdafiəçi 4 qol vurub və 3 məhsuldar ötürmə edib. İngiltərədəki ilk mövsümündə "Mançester Yunayted" turnirin finalında "Mançester Siti"ni məğlub etsə, Kazemiro ölkə kubokunu qazana bilər.
saytlarin hazirlanmasi