Millimizin rəqibi yeni məşqçi ilə anlaşdı

19:35 - 4 İyun 2023

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək oyun ərəfəsində Estoniya millisinə yeni məşqçi dəvət edilib.

Sportal.az xəbər veir ki, isveçrəli mütəxəssis Ervin Qaşi komandanın baş məşqçisi Tomas Heberlinin köməkçisi təyin olunub.

Qeyd edək ki, Qaşi bundan əvvəl millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper”də gənclərdən ibarət komandanın baş məşqçisi idi.Azərbaycan - Estoniya oyunu iyunun 17-də Bakıda keçiriləcək.

Xəbər xətti