"Milan"ın hücumçusu Zlatan İbrahimoviç peşəkar karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, isveçli forvard 41 yaşında futbolla vidalaşıb.
Qeyd edək ki, Zlatan İbrahimoviç karyerası ərzində "Malmö", "Ayaks", "Yuventus", "İnter", "Barselona", "Milan", PSJ, "Mançester Yunayted" və "Los Anceles Qaleksi" klublarında çıxış edib. Ulduz futbolçu 2001-2023-cü illər arasında İsveç millisinin formasını geyinib.
saytlarin hazirlanmasi