Paolo Maldini "Milan"ın texniki direktoru vəzifəsini tərk edib.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, idman direktoru Frederik Massaranın da səlahiyyətlərinə xitam verilib.
"Milan"ın əfsanəvi futbolçusu 2019-cu ilin yayından klubun texniki direktoru vəzifəsində çalışır.
Müqavilənin bitməsinə bir il qalmış onun işinə son verilib.
saytlarin hazirlanmasi