Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Estoniya yığmasının baş məşqçisi Tomas Heberli açıqlama verib.
Sportal.az xəbər verir ki, isveçrəli mütəxəssis millimizi güclü rəqib adlandırıb:
"Çətin rəqib olan Azərbaycanla səfərdə qarşılaşacağıq. Onların heyəti əsasən yerli çempionatda oynayan futbolçulardan ibarətdir. Lakin ölkənin ən yaxşı klubu "Qarabağ" Avropada əla mövsüm keçirdi. Azərbaycan millisinin bir çox oyunçusu məhz bu klubda çıxış edir. Onların inanılmaz keyfiyyəti var, amma biz buna hazırıq”.
Qeyd edək ki. Azərbaycan - Estoniya qarşılaşması 17 iyun tarixində "Dalğa Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi