"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq yay "transfer pəncərəsi"ndə altı futbolçunun xidmətindən imtina edəcək.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, İngiltərə klubunun hansı futbolçularla yollarını ayıracağı bəlli olub.
Din Henderson, Harri Maquayr, Erik Beyli, Aleks Telles, eləcə də “Bernli”dən icarəyə götürülmüş yarımmüdafiəçi Donni van de Bek və hücumçu Vaut Veqorst “qırmızı şeytanlar”a lazım olmayacaq.
Keçən mövsüm Henderson "Nottingem Forest"də, Bayi "Marsel"də, Telles isə "Sevilya"da icarə əsasında oynayıb. Maquayr və Van de Beek isə 2022/2023 mövsümündə "Mançester Yunayted"də çıxış edib.
saytlarin hazirlanmasi