Yığmamızın rəqibi yeni baş məşqçi ilə anlaşdı

10:38 - 8 İyun 2023

AVRO-2025-in seçmə mərhələsində F qrupunda yer alan Azərbaycanın U-21 yığmasının rəqibi Serbiyanın yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az SFF-na istinadən xəbər verir ki, yığma komandaya yerli mütəxəssis Duşan Corceviç başçılıq edəcək.

Xatırladaq ki, Azərbaycan qrupda ilk oyununu sentyabrın 12-də səfərdə Serbiyaya qarşı keçirəcək.

Xəbər xətti