"Trabzonspor" Dadaşovu heyətinə qatacaq?

11:17 - 8 İyun 2023

Azərbaycan millisinin forvardı Renat Dadaşov “Trabzonspor”a keçməyəcək.

Sportal.az saytına verilən məlumata görə, millimizin üzvü Qaradəniz klubunun transfer siyahısında yer almayıb. Bir müddətdir ki, adı Türkiyə klubu ilə yanaşı çəkilən Renat adıçəkilən komandanın baş məşqçisi Nenad Byelitsanın da diqqətini çəkən forvardlar sırasına daxil deyil.

Ona əsas təkliflər İtaliya və Almaniya klublarından gəlib. Dadaşovu Seria B və ikinci Bundesliqa klubları heyətinə qatmaq üçün mübarizə aparır. Məlumata görə, Dadaşov böyük ehtimalla yeni mövsümə də “Qrasshopper”də başlayacaq.

Xəbər xətti