İyunun 9-dan 11-dək Bakıda, 12-dən 21-dək isə Qəbələ şəhərində təlim-məşq toplanışı keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, Raul Hacıyevin (“Rustavi”, Gürcüstan) əvəzinə “Sabah” klubunun üzvü Həmzəalı Mikayılov heyətə dəvət edilib.
Qeyd edək ki, U-19 millimiz iyunun 16-da Gürcüstan, 20-də isə Belarus yığması ilə yoldaşlıq oyununda üz-üzə gələcək.
saytlarin hazirlanmasi