Millimiz Gürcüstana məğlub oldu

10:24 - 9 İyun 2023

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Sportal.az xəbər verir ki, Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 2:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Bu komandalar arasında növbəti qarşılaşma iyunun 11-də keçiriləcək.

Xəbər xətti