"Arsenal" fransalını razı sala bildi

14:31 - 10 İyun 2023

"Arsenal" növbəti mövsümün sonunda müqaviləsi başa çatan Vilyam Saliba ilə uzun müddət yola davam etmək istəyir.

Sportal.az xəbər verir ki, London təmsilçisi franslı mərkəz müdafiəçisini yeni sözləşmə ilə bağlı razı sala bilib. Bu barədə "The Atletic" nəşri məlumat yayıb. 24 yaşlı futbolçu "topçular"la 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, "Arsenal" Vilyam Salibanı 2019-cu ilin yayında "Sent-Etyenn"dən transfer edib. Fransa millisinin üzvü son mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti