"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Səudiyyə Ərəbistanında çalışa bilər.
Sportal.az xəbər verir ki, bu ölkənin rəsmiləri italiyalı mütəxəssislə danışıqlara başlayıb. Bu barədə "La Gezetta Dello Sport" nəşri məlumat yayıb. Ərəblər "Yuventus"la 2025-ci ilin yayına kimi müqaviləsi olan 55 yaşlı məşqçini razı salmağa çalışır.
Alleqrini istəyən klubun adı açıqlanmayıb. Lakin "Əl Nəssr" və "Əl Hilal"ın baş məşqçi axtardığı qeyd olunub.
saytlarin hazirlanmasi