"Mançester Siti" xorvatiyalı üçün hərəkətə keçdi

12:13 - 11 İyun 2023

"Mançester Siti" Xorvatiya millisinin və "Leyptsiq"in müdafiəçisi Yoşko Qvardiolu transfer etmək üçün hərəkətə başlayıb.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "şəhərlilər" xorvatiyalının özünü razı sala bilib. "Real"ın da transfer siyahısında yer alan müdafiəçi Mançesterə yollanmaq istəyindədir.

Yoşkonun "Leyptsiq"lə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. 21 yaşlı futbolçu “Dinamo”(Zaqreb) yetirməsidir və 2020-ci ildə bu klubdan “Leyptsiq”ə transfer olub.

Xəbər xətti