İtaliya millisinin forvardı Canluka Skamakka ölkəsinə qayıda bilər.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, forvarda "Roma"dan təklif gəlib. Amma "canavarlar" onu icarəyə götürmək istəyir.
Di gəl ki, paytaxt klubunun işi asan olmayacaq. Çünki Skamakkanı "Milan" da transfer etmək niyyətindədir.
24 yaşlı forvard İtaliyada doğulsa da, ilk peşəkar komandası “Yonq PSV” olub. O, “Sassuola”, “Kremoneze”, “Zvolle”, “Askoli”, “Cenoa” klublarının formasını geyindikdən sonra 2022-ci ildə “Vest Hem”ə keçib.
saytlarin hazirlanmasi