"Tottenhem" "Mançester Yunayted"in yarımmüdafiəçisi Ceydon Sançonu heyətinə qatmaqda maraqlıdır.
Sportal.az "Daily Star"a istinadən xəbər verir ki, London klubunun rəhbərliyi İngiltərə millisinin üzvünü transfer etmək üçün "qırmızı şeytanlar"la danışıqlara start verib. Paytaxt təmsilçisi 23 yaşlı futbolçu üçün tələb edilən 58 milyon avronu ödəmək fikrində deyillər.
Onlar daha aşağı məbləğə Sançonu komandaya cəlb etmək niyyətindədir. Adıçəkilən futbolçu “Borussiya”da oynadıqdan sonra 2021-ci ildə “Mançester Yunayted”ə keçib.
saytlarin hazirlanmasi