Azərbaycan millisinin sabiq məşqçisi: "İngiltərədə işləmək arzumdur"

15:28 - 11 İyun 2023

İtaliyalı mütəxəssis Benito Karbone Azərbaycan milli komandasının məşqçisi olduğu dövrünü xatırlayıb.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis İngiltərədə işləmək arzusundan söz açıb:

"Mən Azərbaycan millisində Canni De Byazinin köməkçisi kimi iki gözəl il keçirdim. İndi artıq öz köməkçilərimlə birlikdə İngiltərədə komanda axtarıram. Burada işləmək arzumdur. Çoxdandır ki, bunu etmək istəyirdim".

Xatırladaq ki, Karbone 2020-ci ilin yayından 2022-ci ilin yayına kimi Azərbaycan millisində Canni De Byazinin köməkçisi kimi işləyib. Ötən mövsüm isə italiyalı ölkəsində “Pavia” klubuna rəhbərlik edib.

Xəbər xətti