"Arsenal"ın yarımmüdafiəçisi Jorjinyo karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, “Latsio" 31 yaşlı futbolçunun xidmətində maraqlıdır.
“Qartallar”ın baş məşqçisi Mauritsio Sarri yarımmüdafiəçini İtaliyaya qaytarmaqda israrlıdır. Sarri braziliyalı ilə vaxtı ilə "Napoli"də birgə çalışıb.
“Verona”, “Napoli”, “Çelsi”də oynamış 31 yaşlı yarımmüdafiəçi 2023-cü ildən “Arsenal” forması geyinir. Onun “topçular”la müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi