"Milan"ın əfsanəvi prezidenti dünyasını dəyişdi

13:08 - 12 İyun 2023

İtaliyanın "Milan" klubunun sabiq prezidenti Silvio Berluskoni dünyasını dəyişib.

Sportal.az xəbər verir ki, tanınmış funksioner 86 yaşında vəfat edib. 

Silvio Berluskoni 1986-2017-ci illərdə "Milan"a rəhbərlik edib. Komanda onun fəaliyyəti dövründə 5 Çempionlar Liqası, 5 dəfə UEFA Super Kuboku, 1 dəfə Klublarası Dünya Çempionatı, 8 dəfə İtaliya A Seriyası, 1 dəfə İtaliya Kuboku, 6 dəfə isə İtaliya Super Kubokunun qalibi olub. Berluskoni 2018-ci ildə "Montsa" klubunu satın alıb.

Xəbər xətti