Devid Moyes "Vest Hem"də qalacaq.
Sportal.az "Evening Standard"a istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi komandaya Konfrans Liqasını qazandırdıqdan sonra onu postundan göndərmək fikrindən daşınıb.
Moyes 2023/2024 mövsümünün sonuna qədər adıçəkilən klubun baş məşqçisi işləyəcək. 60 yaşlı mütəxəssis 2019-cu ildə “Vest Hem”ə qayıtmışdı.