"Mançester Siti"nin və Almaniya millisinin yarımmüdafiəçi İlkay Gündoğan Səudiyyə Ərəbistanına yollana bilər.
Sportal.az "sport.es"ə istinadən xəbər verir ki, "Əl-İttihad" rəhbərliyi yarımmüdafiəçini komandaya dəvət etmək barədə düşünür. Artıq ona yeni müqavilə təklif edilib.
Yarımmüdafiəçi Səudiyyə Ərəbistanı klubunun rəhbərliyinə təklifi nəzərdən keçirəcəyini açıqlayıb. Amma Gündoğan "Barselona"ya keçməkdə maraqlıdır. Xanımı da onu Kataloniya klubunda görmək istədiyini bildirib. Ötən mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 42 oyuna çıxmış İlkay 9 qol vurub, 6 məhsuldar ötürmə edib.
Xatırladaq ki, "Əl-İttihad" bir neçə gün əvvəl Kərim Benzema ilə müqavilə imzalayıb.