"Çelsi"nin hücumçusu Romelu Lukaku karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az "Goal"a istinadən xəbər verir ki, "Əl-Nəsr" belçikalı forvardı transfer etmək niyyətindədir.
Danışıqlar aparmaq üçün Lukaku Səudiyyə Ərəbistanına yollanıb.
Belçikalı futbolçuya illik 25 milyon avro maaşla iki illik müqavilə təklif edilib. "Çelsi" Romelu üçün 50 milyon avro istəyib.
30 yaşlı forvard son mövsümü icarə əsasında "İnter"də keçirib.
saytlarin hazirlanmasi