Bu gün Almaniya millisinin üzvü İlkay Gündoğan yeni mövsümə hansı komandada oynayacağına qərar verəcək.
Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisindən cavab gözləyir.
“Şəhərlilər”lə müqaviləsi bu ayın sonunda başa çatacaq Gündoğanın Kataloniyaya, yoxsa Səudiyyə Ərəbistanına yollanacağı dəqiqləşəcək. Futbolçuya “Əl-İttihad”dan da təklif var. Amma futbolçunun xanımı İlkayın "Barsa"da oynamasını istəyir.
saytlarin hazirlanmasi