"Qəbələ"li "Sabah"ın futbolçusunu əvəzlədi

13:51 - 13 İyun 2023

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişikliklər olub.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Sadiq Məmmədzadə (“Səbail”), Ayxan Qocayev (“Sumqayıt”) və Həmzəalı Mikayılov (“Sabah”) millinin düşərgəsini tərk ediblər. Onların əvəzinə Davud Şabanov (“Zaqatala”), Okan Təhməzli (“Qəbələ”) və Nihad Cabbarov (“Sabah”) heyətə cəlb ediliblər.

Millimiz hazırlıq çərçivəsində iyunun 16-da gürcüstanlı, 20-də isə belaruslu yaşıdları ilə qarşılaşacaq. 

Xəbər xətti