Almaniya klubunun müdafiəçisi: "Azərbaycan səfər oyununda xal qazanmaq üçün asan yer deyil"

14:11 - 13 İyun 2023

Estoniya millisinin müdafiəçisi Karol Mets AVRO-2024-ün F qrupunun seçmə mərhələsində Azərbaycan yığması ilə Bakıda keçiriləcək oyun (17 iyun) haqda fikirlərini bildirib.

Sportal.az “Sport.ee” portalına istinadən xəbər verir ki, "Sankt-Pauli"nin 30 yaşlı müdafiəçisi ötən mövsüm ÇL-in təsnifat mərhələsinin "Qarabağ" - "Sürix" görüşünü xatırlayıb:

"Bakıda bizi çətin oyun gözləyir. Keçən il orada İsveçrənin “Sürix” komandasının heyətində Çempionlar Liqasında yerli “Qarabağ” klubuna qarşı oynamışdım. Bizi çətin rəqib gözləyir, üstəlik, evdə daha yaxşı oynayırlar. Şübhəsiz ki, Azərbaycan səfər oyununda xal qazanmaq üçün asan yer deyil. Amma biz bütün ev matçlarında da, Azərbaycanla oyunlarda da xal qazana bilirik. Bu matçlarda maksimum xal toplaya bilərik".

Xəbər xətti