Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri ilə danışıqlar aparır.
Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, tətilini keçirdiyi Monte-Karloda Alleqrinin özü ilə "Əl-Hilal"ın nümayəndələri arasında görüş baş tutub.
İtaliyalı ərəblərin illik 20 milyon avroluq maaş təklifini rədd edib. “Yuventus” Alleqri ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır. İtaliya çempionatında komanda 62 xalla yeddinci yeri tutub və yeni mövsüm Konfrans Liqasında çıxış etməyə haqq qazanıb. Təcrübəlo məşqçi özü də hazırkı komandasında qalmaq istəyir.
saytlarin hazirlanmasi