“Komo”nun yarımmüdafiəçisi və futbol mütəxəssisi Sesk Fabreqas Xosep Qvardiolanın rəhbərliyi altında "Mançester Siti"nin Çempionlar Liqasındakı qələbəsini şərh edib.
Sportal.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan ispaniyalı“Klubun gələcəyi, məncə, iki şeydən asılı olacaq: bu oyunçuların hər şeyi qazandıqdan sonra nə qədər ac qalacağı və Xosep Qvardiolanın nə qədər qalmaq istəyidir. Çünki onu çox yorğun gördüm.Aydındır ki, o, növbəti mövsümü tərk etməyəcək. Çünki Pep yenidən hər şeyi qazanmaq istəyir, lakin klubun gələcəyi onun burada nə qədər qalacağından asılı olacaq”.
Xatırladaq ki, Çempionlar Liqasının finalında “Mançester Siti” “İnter” üzərində 1:0 hesabı ilə qələbə qazanmışdı.
saytlarin hazirlanmasi