Cəlal Hüseynov U-21-in heyətinə qoşulacaq

20:55 - 13 İyun 2023

Hazırda Azərbaycan milli komandasının düşərgəsində olan Cəlal Hüseynov iyunun 14-dən etibarən 21 yaşadək futbolçulardan ibarət millimizin heyətinə qoşulacaq.

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Azərbaycan U-21 millisi iyunun 17-də İstanbulda Türkiyə, iyunun 20-də isə “Dalğa Arena”da Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirək.

Qeyd edək ki, Cəlal Hüseynov dünən Bolqarıstanın "Arda" klubu ilə 3 illik müqavilə imzalayıb.

Xəbər xətti